11.04.2008
“İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının
Məlumatı
17 aprel 2008-ci il tarixdə saat 11. 00-da, BMM-də “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və tərəfdaş təşkilat olan AVCİYA tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada İnformasiya əldə edilməsi haqqında Qanunun tələblərinə uyğun olaraq ictimai informasiyaların açıqlanması üçün daha effektiv metodların tətbiqi istiqamətində, İnternet resurslar vasitəsilə ictimai informasiyaların açıqlanması istiqamətində ekspertlərin çıxışları və təqdimatları olacaq. Nəsimi Bələdiyyəsi və M. Rəsulzadə Bələdiyyələrinin Layihə çərçivəsində hazırlanan rəsmi internet resurslarının təqdimatları olacaq. Dəyirmi Masa Counterpart İnternational təşkilatının dəstəyi ilə “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası tərəfindən gerçəkləşdirilən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək“ Layihəsi çərçivəsində keçirilir. İndiyədək bu layihə çərçivəsində Bərdə şəhər və Lənkəran şəhər Bələdiyyələrinin internet resursları yaradılmış, Bələdiyyə üzvlərinə və qulluqçularına, Bələdiyyələrdə informasiya resursları ilə işləyəcək şəxslərə Treninqlər keçirilmişdir.
Hazırda layihə çərçivəsində həyata keçirilən ictimai informasiya subyektlərinin informasiya açıqlığı üzrə Monitorinqinin 2-ci mərhələsi başa çatmaq üzrədir.
Layihə haqqında daha geniş məlumatı www.informasiya.org saytından əldə etmək olar.
Dəyirmi Masada Bakı şəhəri Bələdiyyələrinin, dövlət və ictimai sektorun və Beynəlxalq qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Multimedia Mərkəzi
492-44-44
www.informasiya.org
info@informasiya.org