Maliyyə Nazirliyinin İnternet resursu heç də göründüyü qədər deyilmiş. Yəni ana səhifəyə giriş zamanı sayt haqqında ilkin olaraq yüksək təəssürat yaransa da onu ziyarət etdikcə informasiya bolluğunun elə də geniş olmadığı aşkarlanır. Xüsusən də bir çox sənədlərin .pdf, .xls, .zip və s. formatlarda yerləşidirilməsi istifadəçi üçün xeyli çətinliklər yaradır..
Əlbəttə, deyilə bilər ki, informasiyanın hansı formatda qoyulmasının nə fərqi var? Bizcə, ciddi fərqi var. Azərbaycanda hələ ki, elə bir inkişaf dövrü deyil ki, hər kəs müxtəlif formatlarda olan informasiyaları internetdən çəkib oxuya bilsin. Ona görə də lazımdır ki, bu bilgilər ən asan yolla əldə edilə biləcək bir formada yerləşdirilsin.
Üstəlik onu da nəzərə alaq ki, sayt yalnız İnternet Explorerdə normal işləyir. Halbuki bu gün dünyanın hər tərəfində bundan başqa səyyahlardan da istifadə edilir. Bu isə o deməkdir ki, İnternet Explorerdən istifadə etməyənlər faktiki olaraq bu saytdan tam yararlana bilməyəcəklər. Elə isə saytın böyük bir qismi ümumiyyətlə yox sayıla bilər. Məhz bunu nəzərə alaraq nazirliyin saytının təkmilləşdirilməsi ilə bağlı geniş tövsiyə yazmağə mədsədəuyğun hesab etmədik.
Sadəcə demək istərdik ki, müxtəlif səyyahlarda normal açıla biləcək bir İnternet resursu qurmaqla bu qurum işi yenidən başlasa daha yaxşı oladı