1. Yaxşı olardı ki, sahəyə qurulduğu andan başçılıq etmiş şəxslər barədə bilgilər də saytda yer alsın.
2. Daha bir zərurət nazirliyin ünvanının sxeminin verilməsi və buraya şəhərin müxtəlif istiqamətlərindən gəlmək üçün ictimai nəqliyyat imkanları veriləydi.
3. Qurumun struktur bölmələrinin yer ünvanlarını da ayrıca göstərmək məqsədəuyğun olardı.
4. Qurumdaxili əmr və sərəncamların reestri sayta əlavə edilsə, resursun bu bölməsi tam dolğun hesab edilə bilər.
5. Sayt xeyli yaxşı təsir bağışlasa da təəssüf ki, orada qurumun büdcəsi ilə bağlı heç bir bilgi yoxdur. Yaxşı olardı ki, bu bilgilər tezliklə resursda öz yerini tutsun.
6. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər barədə bilgilərə də ehtiyac var. Əgər belə bilgilər yoxdursa, onda bir cümlə ilə bunu qeyd etmək də yetərli sayıla bilər.
7. Qurum tərəfindən həyata keçirilən Proqramlar və Layihələr haqqında , onların icrası haqqında ayrı-ayrılıqda yetərli bilgilər vermək zəruridir və istifadəçilər üçün faydalı olardı
8. Qurum tərəfindən hökumətə və Tarif Şurasına təqdim olunan təkliflərlə bağlı məlumatların tam formada saytda yerləşdirilməsi zəruridir və faydalı olardı
9. İşə qəbulla bağlı mümkün komissiyalar, işə qəbulun nəticələri, işə qəbulla bağlı mübahisələrin həlli yolları və qurum daxilində ixtisasartırma imkanları barədə bilgiləri də saytda yerləşdirmək vacibdir.
10. Sahə işçilərinin əmək haqları və onların formalaşma üsulları barədə bilgilər də ziyarətçilər üçün zəruridir.
11. Vətəndaşların qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları haqqında bilgilərin əlavə edilməsi gərəkdir.
12. Tender və müsabiqələrin keçirilməsi ilə bağlı informasiyaları bir qədər də təkmilləşdirib strukturlaşdırmağa ehtiyac var.
13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər dolğun hesab edilə bilməz. Bu hissəni bir qədər də ayrıntılı və anlaşıqlı şəkildə təqdim etmək lazımdır.