Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen ünvanlı İnternet resursu bir sıra göstəricilərinə görə, zəngin hesab edilə bilərdi. Çünki burada verilən bilgilərin bir xeyli hissəsi tam və dolğundur. Hətta burada qurumun strukturu və tenderlər barədə məlumatların olması saytı başqa resurslardan bir xeyli fərqləndirir. Beləliklə, nazirliyin İnternet saytında gördüklərimizi aşağıda təqdim edirik:
1. Qurumun özü haqqında yetərincə informasiya verilib. Demək olar ki, dolğun informasiya var.
2. Ziyarətçilərin qurumla əks əlaqəsi üçün də yetərli imkanlar var. Yalnız nazirliyin ünvanının marşrut və sxemi barədə heç nə deyilmir.
3. Şəhərin müxtəlif istiqamətlərindən nazirliyə gəlmək üçün ictimai nəqliyyat imkanları barədə bilgi yoxdur.
4. Struktur bölmələrinin tam ünvanları və onların səlahiyyət çərçivələri barədə də heç bir bilgi yoxdur.
5. Struktur bölmələri rəhbərləri barədə biografik bilgilərin yeri də boş görünür.
6. Nazirliyin həyata keçirdiyi proqram və layihələr haqqında bilgilər çatışmır.
7. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi barədə əlavə bilgi yoxdur. Ümumiyyətlə isə nazirliyin maliyyə fəaliyyəti ilə bağlı heç nə verilməyib.
8. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər demək olar ki, ən aşağı səviyyədədir.
9. İşə qəbulla bağlı elanlar verilsə də ümumilikdə işə qəbul qaydaları və mümkün komissiyalar barədə heç bir bilgi yoxdur.
10. Sahə işçilərinin əmək haqları barədə də bilgilər yoxdur.
11. Vətəndaşların qəbul qaydaları və qəbul günləri barədə bilgilər ümumiyyətlə gözə dəymir.
12. Tender və müsabiqələrin keçirilməsi qaydaları, nəticələrin elanı və mübahisələrin həlli yolları barədə də heç bir bilgi verilmir.
13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər nəzərə çarpmır.
14. Saytın texniki imkanları yetərli səviyyədə olsa da abunə yazılışı və əks əlaqə üçün onlayn formanın olmaması qüsurlardandır.