Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi, özündə bir sıra vacib informasiyaları daşıyır. Bununla belə, yenə də icmaldan göründüyü kimi, çatışmayan bilgilər də az deyil. Məhz bunu və saytın təkmilləşdirilə bilmə imkanını nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi irəli sürmək istərdik:
1. Yaxşı olardı ki, qurumun əvvəlki rəhbərləri haqqında da ayrıca bilgi veriləydi.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilməsi zəruridir.
3. Qurumun struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri haqqında da informasiya verilsə, faydalı olardı.
4. Struktur bölmələrinin rəhbərləri ilə ayrıca əks əlaqə təklif edilməsi məqsədəuyğun olardı.
5. Qurumun cari fəaliyyətini əks etdirən informasiyalarda qurumdaxili əmr və sərəncamlara yer vermək gərəklidir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun palataya aid hissəsinin ayrıntılarını saytda yerləşdirmək zəruridir.
7. Qurum tərəfindən təklif edilən xidmətləri ayrıca bir bölmədə ziyarətçilərin ixtiyarına vermək lazımdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi verilməsi də ciddi zərurətlər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları haqqında bilgi verilməsi maraqlı olardı.
10. Vətəndaşların qəbulu ilə bağlı qayda və şərtlərə də saytda yer vermək lazımdır.
11. Qurumun keçirdiyi tender və müsabiqələr barədə bilgi verilməsi şəffaflıq baxımından çox faydalıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə ayrıntılı bilgi vermək lazımdır.
13. Saytın texniki imkanları yetərli sayıla biləcəyinə görə, bununla bağlı tövsiyə vermək fikrimiz yoxdur.