Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az domen adlı İnternet resursu demək olar ki, yarımçıqdan da aşağı səviyyəli bir saytdır. Saytda elə də bol informasiya tapmaq mümkün deyildir. Bununla belə bəzi informasiyaları tapmaq olar. Üstəlik texniki imkanları baxımından da sayt olduqca kasıb təsir bağışlayır. Ümumilikdə saytda aşağıdakı durumu müşahidə etmək olar:
1. Qurumun özü barədə bilgilər yetərli sayıla bilsə də burada ona daha öncə başçılıq etmiş şəxslər barədə heç nə deyilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün daha çox ümumi imkan təklif edilir. Qurumun ünvanının marşrut və sxemi, buraya gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturu barədə bilgi verilsə də alt bölmə və regional qolları, eləcə də onların ünvan və səlahiyyət çərçivələri barədə heç nə yoxdur.
4. Yalnız komitənin rəhbərinin biografik bilgiləri verilir. Başqa heç bir vəzifəli şəxs barədə belə bilgilər təklif edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilərdə həyata keçirdiyi proqram və layihələr barədə heç nə deyilmir. Üstəlik qurumdaxili əmr və sərəncamlar da burada əks olunmur.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə bilgilərin verilməməsi də təəssüf doğuran haldır.
7. Qurumun təklif etməli olduğu xidmətlər bölümü də demək olar ki, boşdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri barədə hər hansı bilgi saytda əks olunmayıb.
9. Qurumun rəhbər işçilərinin əmək haqları ilə bağlı da heç bir bilgi verilmir.
10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları barədə bilgi axtaranlar da bu saytdan əliboş dönməli olurlar.
11. Daha bir çatışmayan bilgi tender və müsabiqələrlə bağlıdır. Bu sahədə də boşluqdur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bölmədə yalnız bir qanun layihəsi nəzərə çarpır.
13. Saytın texniki imkanlarına gəlincə isə demək lazımdır ki, bu sahədə ciddi işlər görülməsinə ehtiyac var.