Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen ünvanlı İnternet resursu, gözlənilənlərin əksinə olaraq, heç də tam zəngin və dolğun sayıla bilməz. Sahə ilə bağlı informasiyalarda kasadlıq olmasa digər kategoriyalardan olan bilgilər ya yerli-dibli yoxdur, ya da ki, çox cüzidir. Əlbəttə ki, bunu yaxşı hal saymaq olmaz. Ümumilikdə isə saytda aşağıdakı mənzərəni müşahidə etmək olar:
1. Qurumun özü ilə bağlı informasiyalar tamdır. Yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə informasiya çatışmır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün imkanlar təklif edilir. Burada quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi yetərsizliyi var.
3. Qurumun struktur bölmələrinin tam ünvanları və onlarla əlaqə saxlamaq üçün ümumidən başqa imkan göstərilmir.
4. Komissiyanın rəhbəri ilə birbaşa əks əlaqə imkanı da göstərilmir. Bundan başqa mümkün struktur vahidlərinin rəhbərləri barədə biografik bilgilər verilmir.
5. Qurumun cari fəaliyyəti barədə informasiyalarda qurumdaxili əmr və sərəncamlar, onların reyestri verilməyib. Bundan başqa həyata keçirilən proqram və layihələr haqqında da bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi haqqında heç nə deyilmir.
7. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər haqqında ayrıntılı bilgilər nəzərə çarpmır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında hər hansı bilgi təklif edilmir.
9. Sahə işçilərinin əmək haqları haqqında bilgilər də gözə dəymir.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər də çatışmayanlar sırasındadır.
11. Daha bir çatışmazlıq tender və müsabiqələr haqqında bilgilərə aiddir.
12. Bu sırada qurumun norma- (qanun)yaratma fəaliyyəti də yer tutur.
13. Saytın texniki imkanları yaxşı olsa da burada abunə imkanı təklif edilmir.