27.05.2009
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
02 iyun 2009-cu il tarixdə i “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masa Multimedia Mərkəzi tərəfindən ACİ Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində keçirilir.
Tədbirdə dövlət qurumlarının rəsmi saytlar vasitəsilə açıqladığı informasiyaların monitorinqinin gedişi haqqında məlumatlar da təqdim olunacaq.
Dəyirmi Masada Rusiya Federasiyasında Federal orqanların informasiya açıqlığının araşdırılması sahəsində çalışan İnformasiya Azadlığı İnstitutunun nümayəndələri də iştirak edəcək.
Məlumat verildiyi kimi hazırda Multimedia Mərkəzi və yuxarıda adı çəkilən qurum tərəfindən vahid Metodika hazırlanmış və bu Metodika əsasında ictimai informasiya subyektlərinin informasiya aşıqlığı üzrə monitorinqi keçirilir.
Dəyirmi Masada dövlət orqanlarının, Bələdiyyələrin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dəyirmi Masa 02 iyun 2009-cu il tarixdə, saat 11.00-da Azərbaycan Media Mərkəzində keçiriləcək.
Ünvan: Dilarə Əliyeva k , 218, Tel: 493 25 22
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org