02. 06. 2009
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
MƏLUMATI
Multimedia Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz tədbiri açaraq tədbirin məqsədi və Mərkəz tərəfindən bu sahədə aparılan işlərlə bağlı məlumat verib. O, tədbirdə Rusiya Federasiyasında federal orqanların informasiya açıqlığının araşdırılması sahəsində çalışan İnformasiya Azadlığının İnkişafı İnstitutunun nümayəndələrinin də tədbirdə iştirak etdiyini bildirdi.
Tədbirdə Layihənin
Eksperti Azər Həsrət “Dövlət qurumlarının internet resurslarının Monitorinqi” ilə bağlı təqdimatla çıxış etdi. O, indiyədək 30 dövlət qurumunun internet resursunun informasiya açıqlığı üzrə Monitorinqinin aparıldığını bildirdi. Müəyyən irəliləyişlərlə bərabər xeyli problemlərin olduğunu və yekun nəticələrin, dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin cari ilin sentyabrında açıqlanacağını qeyd etdi. Həmçinin hazırda Monitorinqin ortaq Metodika əsasında aparıldığını və Monitorinqin nəticələrinin Rusiya Federasiyasının uyğun qurumları ilə müqayisə ediləcəyini də bildirdi.
Dəyirmi Masada Rusiya Federasiyasının yuxarıda adı çəkilən qurumunun direktoru Yelena Qolubeva, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, İREX-in əməkdaşı Ələsgər Məmmədli, millət vəkili Fazil Qəzənfəroğlu, Milli Məclisin İnformasiya Məsələləri üzrə məsul nümayəndəsi Rəşad Əzizov, Dövlət Qulluğu Məsələləri üzə Komissiyanın sektor müdiri Əli Kərimov, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkili Rizvan Cəbiyev, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli , jurnalist Rey Kərimoğlu, Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov və digərləri çıxış ediblər.
Çıxışlarda ölkədə bu sahədə mövcud vəziyyət və bu istiqamətdə işlərin canlandırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi üçün təkliflər səslənib. Rəsmi saytlar vasitəsilə informasiyaların açıqlanması sahəsində müəyyən irəliləyişlərin olduğu vurğulanıb. Kifayət qədər demokratik dəyərlərə əsaslanan İnformasiya əldə edilməsi haqqında Qanunun icrası istiqamətində problemlərin olduğu da qeyd edilib.
Dəyirmi Masada dövlət orqanlarının, Bələdiyyələrin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org