06.06.2009
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı
Multimedia Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında informasiya açıqlığı və şəffaflığın təmin edilməsi üçün informasiya texnologiyalından səmərəli və effektiv istifadə mexanizmləri hazırlamaq ” Layihəsi həyata keçirilməyə başlanıb.
Layihənin məqsədi dövlət satınalmaları prosesində yeni texnologiyalardan istifadəyə əsaslanan effektiv mexanizmlər hazırlamaq, Dövlət satınalmaları üzərində vətəndaş cəmiyyətinin nəzarəti üçün normal şərait yaratmaq və bu nəzarətin gerçəkləşdirməkdən ibarətdir.
Layihə çərçivəsində dövlət satınalmaları ilə bağlı informasiyaların aidiyyatı qurumların saytında yerləşdirilməsi vəziyyətinin Monitorinqi aparılacaq, “Dövlət satınalmalarında şəffaflıq və informasiya açıqlığı” mövzusunda ictimai diskussiyalar təşkil olunacaq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Təkliflər hazırlamaq nəzərdə tutulub.
Dövlət qurumları tərəfindən Elektron satınalmalarla bağlı Materialların www.informasiya.org resursunda yerləşdirilməsi nəzərdə tutulub .
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.cit.az
www.informasiya.org
info@informasiya.org