Sunday 20th June 2021,

Ξ Leave a comment

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticə

posted by

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen ünvanlı İnternet resursu, təəssüfləndirici haldır ki, elə də dolğun sayıla bilməz. Düzdür, burada lisenziyalaşdırma kimi çox vacib məsələ barədə yetərincə informasiya var, ancaq digər və heç də az vacib olmayan bilgilər ümumiyyətlə gözə dəymir. Bu baxımdan sayt ciddi şəkildə təkmilləşdirilməli və onun üzərində tamamlama işləri aparılmalıdır. Ümumilikdə isə saytda aşağıdakı mənzərəni müşahidə etmək olar:

1. Qurumun özü haqqında bilgilər yetərli sayıla bilər. Ancaq burada quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün bir sıra imkanlar təklif edilir. Bununla belə qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat imkanları haqqında bilgi yoxdur.
3. Qurumun strukturunun sxemi gözə dəymir. Eləcə də struktur bölmələrinin tam ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Rəhbər işçilərin biografiayaları tam deyil. Eyni zamanda struktur bölmələri rəhbərləri haqqında biografik bilgilər verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər var. Burada çatışmayan qurumdaxili əmr və sərəncamlar, onların reyestridir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları haqqında heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də yetərli deyil.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgi gözə dəymir.
10. Vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli qaydaları barədə heç nə deyilmir.
11. Tender və müsabiqələr barədə hər hansı bilgi təklif edilmir.
12. Eyni hal qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı bölmədə də müşahidə edilir.
13. Saytın texniki imkanları zəif deyil. Burada yalnız abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV