Tuesday 23rd April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.az domen ünvanlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, yetərincə yaxşı təsir bağışlayır. Bununla belə saytda bir sıra vacib informasiyaların çatışmadığı da gözdən yayınmır. Yəni saytın işinə məsuliyyət daşıyan struktur bölməsinin xoş məramlı olmasına şübhə yeri olmasa da, burada bəzi məqamların gözdən qaçdığını qeyd etməmək mümkün deyil. Ona görə də aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:

1. Yaxşı olar ki, ziyarətçilərin əks əlaqəsini ən yüksək səviyyədə təmin etmək üçün saytda quruma gəlməyi asanlaşdıracaq ictimai nəqliyyat barədə bilgi verilsin.

2. Qurumun struktur bölmələrinin ünvanlarını da ayrıca qeyd etməyə zərurət var.

3. Qurumun cari fəaliyyəti bölməsində qurumdaxili əmr və sərəncamların reyestrini yerləşdirmək məqsədəuyğundur.

4. Qurumun həyata keçirdiyi proqram və layihələr barəsində bilgi verilməsi də zəruridir.

5. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid ayrıntıları barədə geniş bilgi verilməsinə zərurət var.

6. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında ayrıntılı bilgi verilməsi məqsədəuyğundur.

7. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər də tələb olunanlar sırasındadır.

8. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməsi işin faydasına olardı.

9. Vətəndaşların qəbul şərtləri və qaydaları, həmçinin vaxtları barədə bilgi vermək lazımdır.

10. Qurumun keçirdiyi tender və yarışmalar haqqında bilgilərin tam və dolğun şəkildə təqdim edilməsi zəruridir.

11. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunsa işin xeyrinə olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV