Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, boşdur. Saytda elə də informasiya yoxdur ki, biz ona əsaslanıb hansısa təkmilləşmə haqqında danışa bilək.
Yəni bir qayda olaraq yarımçıq, yaxud da qüsurları olan saytların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verdiyimizdən, bu saytla bağlı tövsiyə verə bilmirik.
Yalnız bir tövsiyədən başqa:
O da ondan ibarətdir ki, Müəllif Hüquqları Agentliyi özünə normal yeni bir İnternet resursu qurmalıdır.