Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet resursu, əslində, yox kimi bir şeydir. Yəni sayt var, ancaq içi boşdur. Təbii ki, bəzi istisnalarla. Bu saytı ziyarət edənlərin yəqin ki, bir çox suallara cavab ala bilməməsi onları pəjmürdə edəcəkdir. Təsəvvür edin ki, saytda heç qurumun rəhbərinin adını da tapmaq mümkün deyil.
Biz hələ onun biografiyasını demirik.
Ümumi hesabla monitorinq apararkən söykəndiyimiz 67 parametrdən cəmi 9-na uyğun sayıla biləcək informasiya daşıması bazımından sayt faktiki olaraq fəaliyyət göstərməyənlərdən sayıla bilər. Üstəlik nəzərə alsaq ki, mövcud informasiyalar da heç tam deyil.
Bu baxımdan Müəllif Hüquqları Agentliyinin İnternet resursunun geniş icmalını verməkdən vaz keçməli oluruq.