Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə məxsus www.mie.gov.az domen ünvanlı İnternet resursu, yumşaq desək, ziyarətçilərini təəccübünə səbə olacaq vəziyyətdədir.. Sayta ilkin giriş zamanı onun dolğun olması təəssüratı yaranır. Yəni bölmələrin səliqə ilə ard-arda düzülməsi ondan xəbər verir ki, burada xeyli informasiya toplanıb. Hətta elə düşünmək olar ki, burada bir çox saytlarda rast gəlinməyən informasiyalar da yerləşdirilib.
Ancaq bir qədər irəli gedib bölmələri ziyarət etdikcə sadəcə təəssüflənməyə bilmirsən. Çünki onların əksəriyyəti boşdur. Bizim nəzərdə tutduğumuz parametrlərə cavab verməli olan informasiyaların demək olar ki, heç birinə rast gəlinmir. Yalnız bir neçə informasiya var ki, onların da dolğun olduğunu demək heç mümkün deyil. Rəqəmlə ifadə etsək, bizim söykəndiyimiz 67 parametr üzrə bilgidən yalnız 12-nə rast gəlmək olur və yuxarıda qeyd etdiyimiz kimi, onlar da dolğun deyil. Bunu nəzərə alaraq saytla bağlı icmal yazmağı məqsədəuyğun hesab etmədik.