Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, hiss olunur ki, lü dəyişikliklərə məruz qalıb. Xəbər xidmətindəki operativlik və dolğunluğun artması, yaxud da bəzi vacib bilgilərin saytda özünə yer alması dediklərimizə sübutdur. Bununla belə saytın hələ də təkmilləşdirilməyə ehtiyacı var və bu baxımdan aşağıda bəzi tövsiyələrimizi irəli sürmək istərdik:
1. Yaxşı olardı ki, nazirliyin ünvanının marşrut və sxemi haqqında da bilgi verilsin. Həm də buraya gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərə ehtiyac var.
2. Qurumun strukturu haqqında bilgilərə struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi də əlavə edilsə işin xeyrinə olardı.
3. Qurumun rəhbərinin müavinləri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri barədə biografik bilgilər verilməsi zəruridir. Üstəlik əks əlaqə üçün onlayn yazışma forması əlavə edilməlidir.
4. Qurumun cari fəaliyyəti ilə bağlı bölməyə qurumdaxili əmr və sərəncamların reyestrini əlavə etmək lazımdır.
5. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntılarını saytda əks etdirmək lazımdır.
6. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgiləri daha sistemli və asan əldə edilən hala gətirmək vacibdir.
7. Boş iş yerləri və işə qəbul qaydaları haqqında bilgi verilməlidir.
8. Sahə işçilərinin əmək haqları haqqında bilgilərə rəhbərliyə aid olanları da əlavə etmək lazımdır.
9. Vətəndaşların qəbul günləri və saatlarıyla bərabər qəbul qaydaları və qəbuldan imtinanın əsasları haqqında da bilgi vermək gərəklidir.
10. Tender və müsabiqələrin keçirilməsi ilə bağlı bilgiləri daha ayrıntılı şəkildə təqdim etmək lazımdır.
11. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərə ehtiyac var.
12. Saytın texniki imkanları sırasına abunə və işlək onlayn yazışma formasının əlavə edilməsi vacibdir.