Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Bələdiyyəsinin www.nesimi.belediyye.az domen ünvanlı İnternet resursu ilk baxışdan uzun zamandır unudulmuşa bənzəyir. Son xəbərin 2007-ci ilin mayında əlavə edildiyi saytda yalnız bəzi bilgilər aktual sayıla bilər. Bundan başqa bir çox bilgilər ümumiyyətlə yerli-dibli yoxdur. Düzdür, sayt texniki cəhətdən elə də ciddi qüsurlara sahib deyil. Sadəcə onun baxımsız olması, diqqətdən kənarda qalması nəzərdən qaçmır. Ümumi mənzərə isə aşağıdakı kimidir:
1. Qurumun özü haqqında bilgilər yetərli hesab edilə bilər. Burada çatışmayan yalnız ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan və telefon nömrəsi verilib. Ancaq heç bir e-poçt ünvanı yoxdur. Bununla belə onlayn yazışma forması mövcuddur.
3. Rəhbər və bələdiyyə üzvləri barədə biografik bilgilər də saytda yer alıb. Ancaq onlarla ayrılıqda əlaqə imkanları göstərilməyib.
4. Qurumun cari fəaliyyəti haqqında bilgilər olduqca köhnədir. Bu baxımdan onları da yox saymaq olar.
5. Saytın texniki imkanları normaldır. Çatışmayan yalnız abunə təklifidir.
6. Yerdə qalan bütün bəndlər (qurumun strukturu, büdcəsi, təklif etdiyi xidmətlər, əmək haqları, boş iş yerləri və işə qəbul, tender və müsabiqələr, norma yaradıcılığı, vətəndaşların qəbulu) üzrə heç bir bilgi verilmir.