Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Bələdiyyəsinin xetai.belediyye.az domen ünvanlı İnternet resursu, icmaldan da anlaşıldığı kimi, nə dolğundur, nə də tam zəif. Saytda bəzi bilgilər yer alsa da daha vacib başqa bilgilərin tapılması mümkün deyildir. Ümumi mənzərə isə bundan ibarətdir ki, saytın üzərində müəyyən iş gedib. Ancaq bu işlərin tamamlanmasına da ehtiyac var. Ona görə də aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi təklif etmək istərdik:
1. Qurumun özü haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi əlavə edilməlidir.
2. Qurumun ünvanı və başqa əlaqə vasitələri sırasına onun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi vacibdir.
3. Qurumun strukturunu sxem şəklində və daha anlaşıqlı təqdim etmək lazımdır.
4. Rəhbərin özü haqqında da biografik bilgilər verilməsi vacibdir.
5. Qurumun cari fəaliyyəti sırasında qurumdaxili əmr və sərəncamlar haqqında bilgilərə gərək var.
6. Qurumun büdcəsi haqqında da bilgi verilməlidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni fikri söyləmək olar.
8. Boş iş yerləri və işə qəbul məsələləri də bu sıradandır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməsi zəruridir.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgiləri daha ayrıntılı təqdim etmək lazımdır.
11. Tender və yarışmalar barədə bilgi mütləq şəkildə verilməlidir.
12. Bu sırada daha bir çatışmazlıq qurumun normayaratma fəaliyyətinə aiddir.
13. Saytın texniki imkanları sırasına abunə təklifini də əlavə etməli.