Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Bələdiyyəsinin xetai.belediyye.az domen ünvanlı İnternet resursu digər bələdiyyə resursları kimi nə dolğundur, nə də tam zəif. Saytda bəzi bilgilər yer alsa da daha vacib başqa bilgilərin tapılması mümkün deyildir. Ümumi mənzərə isə bundan ibarətdir ki, saytın üzərində müəyyən iş gedib. Ancaq bu işlərin tamamlanmasına da ehtiyac var. Saytın nəzərə çarpan mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun özü haqqında bilgilər yetərlidir. Ancaq burada ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilmir.
2. Qurumun ünvanı və başqa əlaqə vasitələri də yetərli sayıla biləcək qədərdir. Bununla belə onun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun strukturu sxem şəklində verilməsə də onun tərkibi haqqında müəyyən təsəvvür yaradılır.
4. Rəhbərin özü haqqında biografik bilgilər yoxdur. Ancaq yerdə qalan bələdiyyə üzvləri barədə bu bilgilər var.
5. Qurumun cari fəaliyyəti də saytda əks olunur. Bununla belə burada çatışmayan qurumdaxili əmr və sərəncamlar haqqında bilgidir.
6. Qurumun büdcəsi haqqında heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər də saytda əks olunmayıb.
8. Boş iş yerləri və işə qəbul məsələləri sayt sahiblərinin hələ əhatə etmədiyi sahələrdəndir.
9. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgiyə rast gəlinmir.
10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər dolğun və tam deyil.
11. Tender və yarışmalar da saytda əks olunmayan sahələr sırasındadır.
12. Bu sırada daha bir çatışmazlıq qurumun normayaratma fəaliyyətinə aiddir.
13. Saytın texniki imkanları yetərli olsa da burada abunə təklifi yoxdur.