Azərbaycan Respublikası Abşeron Rayonu Fatmayi Bələdiyyəsinin www.belediyye.com/fatmayi domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi, yaddan çıxdığı üçün yarımçıq qalmış bir resursa bənzəyir. Saytda cəmi bir neçə səhifə mövcuddur və ən vacib informasiyalar heç yoxdur. Üstəlik xəbərlər bölməsi də boşdur. Bununla belə saytı təkmilləşdirib bir yana çıxarmaq imkanı da yox deyil. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun özü haqqında bilgilər sırasına qanunvericilik bazası, hakimiyyət qolundakı yeri, səlahiyyət çərçivələri barədə informasiya əlavə edilməlidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan, telefon və onlayn yazışma forması ilə bərabər e-poçt ünvanı da verilməlidir.
3. Bələdiyyə üzvləri haqqında biografik bilgiləri daha dolğun şəkildə təqdim etmək düzgün olardı.
4. Saytın texniki imkanları sırasına abunə təklifi də əlavə edilməlidir.
5. Yerdə qalan bölmələr üzrə (struktur, cari fəaliyyət, büdcə, təklif edilən xidmətlər, işə qəbul və boş iş yerləri yerləri, əmək haqları, vətəndaşların qəbulu, tender və müsabiqələr, norma yaradıcılığı) də bilgi vermək zərurəti var.