Azərbaycan Respublikası Abşeron Rayonu Fatmayi Bələdiyyəsinin www.belediyye.com/fatmayi domen ünvanlı İnternet resursu, elə bil ki, qurulmağa başlanmış, sonradan nəyə görəsə yaddan çıxdığı üçün yarımçıq qalmış bir resursa bənzəyir. Çünki saytda bir neçə səhifə mövcuddur və ən vacib informasiyalar yerli-dibli yoxdur. Üstəlik xəbərlər bölməsi də boşdur. Hərçənd sağ tərəfdə 2008-ci ilə aid bir xəbər gözə dəyməkdədir. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun özü haqqında bilgilər var. Ancaq burada qanunvericilik bazası, hakimiyyət qolundakı yeri, səlahiyyət çərçivələri barədə ayrıca heç nə deyilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan, telefon və onlayn yazışma forması verilib.
3. Bələdiyyə üzvləri haqqında, qısa da olsa, biografik bilgilər verilib.
4. Saytın texniki imkanları elə də yüksək dəyərələndirilə bilməz. Bununla belə onlayn yazışma formasının olması müsbət haldır.
5. Yerdə qalan bölmələr üzrə (struktur, cari fəaliyyət, büdcə, təklif edilən xidmətlər, işə qəbul və boş iş yerləri, əmək haqları, vətəndaşların qəbulu, tender və müsabiqələr, norma yaradıcılığı) heç bir bilgi yoxdur.