Azərbaycan Respublikası Qaradağ Rayonu Lökbatan Bələdiyyəsinin www.belediyye.com/lokbatan domen ünvanlı İnternet resursu, sadəcə boş bir veb saytdır. Ana səhifəyə daxil olarkən rayon haqqında (bələdiyyə haqqında deyil) bilgi və saytın strukutuna aid keçidlərlə qarşılaşmaq mümkündür. Ancaq eçidlərin hansına tıklasan, boş bir səhifəyə gedib çıxır. Bəlli olan bu ki, saytı qurmalı şəxslər bunu edib, onun içini doldurmalı işçi öz işini unudub. Burada qeyd edək ki, yalnız “Bələdiyyəyə sözüm var” keçidini tıkladıqda onlayn yazışma forması ortaya çıxır. Ancaq bu qədər.
Yuxarıda deyilənlər bu resursun icmalı haqqında bölmədə yazdıqlarımızdır. Buradan da belə nəticə çıxarmaq olar ki, sayt heç yox kimidir. Təbii olaraq yox olan saytla bağlı tövsiyə vermək doğru olmazdı.