Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi ən çox tələbat duyulan saytlar sırasında olmaqla bərabər məzmun baxımından elə də yaxşı durumda deyil. Bununla belə saytın texniki imkanlarını nəzərə alaraq onun təkmilləşdirilməsi və tamamlanması mümkündür. Ona görə də aşağıda bəzi tövsiyələrimizi təklif edirik:
1. Ziyarətçilərin əks əlaqəsi üçün bilgilər sırasına qurumun ünvanının sxemi və ora getmək üçün ictimai nəqliyyat barədə əlavələr etmək lazımdır.
2. Qurumun strukturu haqqında bilgi verilməsi vacibdir.
3. Yalnız müvəkkil haqqında deyil, bütün rəhbər işçilər barədə biografik bilgilər verilməlidir.
4. Qurumun cari fəaliyyətində qurumdaxili əmr və sərəncamlar haqqında da bilgi gərəklidir.
5. Ümumi dövlət büdcəsi və onun quruma aid hissəsi barədə bilgi verilməlidir.
6. Qurumun təklif etdiyi xidmətlər barədə də bilgilər saytda yer almalıdır.
7. Boş iş yerləri və işə qəbul qaydaları barədə eyni fikir səsləndirilə bilər.
8. Sahə işçilərinin əmək haqları haqda bilgi verilməsi vacibdir.
9. Vətəndaşların qəbulu ilə bağlı bilgi verilməlidir.
10. Tender və yarışmalar məsələsi də eyni haldadır.
11. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgiləri ayrıca sayta yerləşdirmək lazımdır.
12. Saytın texniki imkanları sırasına abunə təklifi də əlavə etmək lazımdır.