Thursday 21st November 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az ünvanlı İnternet saytı hər zaman olduğu kimi yenə də özünün iddialılığı ilə seçilir. Son müşahidələrdən sonra saytda daha da ciddi təkmilləşdirilmə işləri aparılmış və onun zənginləşdirilməsi göz önündədir. Bundan başqa, saytın funksionallığı çox yüksək səviyyədə dəyərləndirilə bilər. Burada faktiki olaraq bu sahəylə maraqlananların tapa bilməyəcəyi bir şey yoxdur. Təbii ki, müəyyən istisnalarla. Bu isə ondan xəbər verir ki, saytın inzibatçıları və bütövlükdə vergi siyasətini həyata keçirən ən yüksək dövlət qurumu çağdaş texnologiyalardan istifadəyə gərəkli dəyəri verə bilir. Aşağıda saytın tərkibində müşahidə etdiklərimizi bölmələr üzrə təqdim edirik.

1. Qurumun özü haqqında bilgilər yetərli sayıla bilər. Ancaq daha əvvəl bu quruma başçılıq etmiş şəxslər haqqında bilgilərin olmaması qüsur sayıla bilər.

2. Ziyarətçilərin əks əlaqəsi üçün ən mükəmməl imkanlar təklif edilir və tam dolğun bilgilər verilir.

3. Qurumun strukturu haqqında da eyni fikri söyləmək olar. Quruma daxil olan ən kiçik struktur vahidi, onun səlahiyyət çərçivəsi, rəhbəri və ünvanı haqqında bilgilər verilir.

4. Rəhbər və rəhbərliyə daxil olan bütün vəzifəli şəxslər haqqında bioqrafik bilgilər verilir. Həmçinin onların qəbul vaxtları və əks əlaqə imkanları da təklif edilir.

5. Qurumun cari fəaliyyəti ən çevik şəkildə saytda əks etdirilir. Bu qəbildən olan başqa faydalı bilgilər də saytda yerləşdirilir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər ən mükəmməl şəkildə təqdim edilir. İstər elektron xidmətlər, istərsə də müxtəlif ərizə və müraciət formalarını əldə etmək mümkündür.

8. Boş iş yerləri və işə qəbul qaydaları barədə bilgilər də mükəmməlliyi ilə diqqəti cəlb edir. Lazımlı bütün bilgiləri tapmaq mümkündür.

9. Sahə işçilərinin əmək haqları barədə, təəssüf ki, saytda heç bir bilgi yoxdur.

10. Vətəndaşların qəbul şərtləri, qəbul günləri və saatları, ayrı-ayrı vəzifəli şəxslərlə əlaqə imkanları da ətraflı şəkildə təqdim edilir.

11. Tender və yarışmalarla bağlı qayda və elanlar haqqında da bilgilər əldə etmək mümkündür.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı gərəkli bilgilər təklif edilir.

13. Saytın texniki imkanları ən yüksək səviyyədədir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV