Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen ünvanındakı İnternet resursunun texniki imkanlarını yüksək dəyərləndirsək də onun bir çox bölmələr üzrə bilgi çatışmazlığını da qeyd etmədən keçə bilmərik. Bəzi bölmələr üzrə yetərli bilgilərin verilməsi ilə bərabər bir sıra bölmələr üzrə heç bir bilgi yoxdur. Elə bunu nəzərə alaraq saytın təkmilləşdirilməsi üçün aşağıda bəzi tövsiyələrimizi təqdim etmək istərdik.
1. Qurumun özü ilə bağlı bilgilər sırasına onun tarixi haqqında, həmçinin bu vaxtadək quruma başçılıq etmiş şəxslər barədə bilgi vermək də vacibdir.
2. Ziyarətзilərin əks əlaqəsini daha da asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə məlumatın verilməsi zəruridir.
3. Qurumun strukturunun sxemini də təqdim etmək faydalı olardı. Həm də struktur bölmələrinin rəhbərləri, onların səlahiyyət çərçivələri və ünvanları haqqında bilgi verilməsi zəruridir.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə barədə bilgilərdə yalnız nazir müavinlərindən birinin bioqrafiyası çatışmır.
5. Qurumun cari fəaliyyəti ilə bağlı tövsiyələrə ehtiyac yoxdur.
6.Büdcə ilə bağlı bilgilərin saytda yerləşdirilməsi gərəklidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgiləri yetərli saymaq olar və əlavə tövsiyəyə gərək yoxdur.
8. İşə qəbul qaydaları haqqında bilgilərə mümkün komissiyalar, işə qəbulun nəticələri, həmçinin mübahisələrin həlli yolları haqqında bilgilərin də yerləşdirilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ətraflı bilgiləri də ayrıca təklif etmək lazımdır.
11. Tender və yarışmaların mümkün qaydalarını təqdim etmək vacib tələblər sırasındadır.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgi verilsin.
13. Saytın texniki imkanları üzrə göstəricilər ən yüksək səviyyədədir. Belə olan halda hər hansı kənar tövsiyəyə gərək qalmır.