Thursday 21st November 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen adlı İnternet resursu ilk baxışdan ciddi resurs təsiri bağışlayır. Saytın səhifələrini çevirdikcə bu ciddiliyin əsassız olmadığı təsdiqlənir. Sayt funksionaldır, çevikdir və texnoloji baxımdan yaxşı təşkil edilib. Başqa saytlardan fərqli olaraq bu saytda nazirliklə birbaşa əlaqə üçün video bağlantı imkanı belə təklif edilir. Yəni nazirliyin istənilən vəzifəli şəxsilə əvvəlcə qəbula yazılmaqla canlı bağlantı qurmaq mümkündür ki, bu da hələlik digər saytlarda müşahidə etmədiyimiz texnoloji üstünlükdür. Ümumilikdə isə hiss olunur ki, sayt üzərində ciddi iş gedir və mümkün olan vasitələrlə onun istifadəsi asanlaşdırılır. Müşahidələrimiz, hər halda bunu deməyə əsas verir.

1. Qurumun özü ilə bağlı bilgilər bir az kasaddır. Ümumi xarakterli gərəkli bilgilər verilsə də onun tarixi haqqında, həmçinin bu vaxtadək nazirliyə başçılıq etmiş şəxslər barədə bilgi demək olar ki, yoxdur. Qanunverici baza, hakimiyyət qolunda yeri və səlahiyyət çərçivələri barədə bilgilər isə yetərli sayıla bilər.

2. Ziyarətçilərin əks əlaqəsi üçün bilgilərin bir qismi mükəmməl olsa da yerdə qalanlar ümumiyyətlə yoxdur: qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu haqqında sözlü bilgilər və struktura daxil olan altqurumlar haqqında ümumi bilgilər verilib. Ancaq qurumun sxemi və struktur bölmələrinin rəhbərləri, onların səlahiyyət çərçivələri və ünvanları haqqında bilgi verilmir.

4. Rəhbər və rəhbər işçilər haqqında bioqrafik bilgilər verilib. Onlarla əks əlaqə imkanları da yetərli hesab ediləcək həddədir.

5. Qurumun cari fəaliyyəti, həmçinin quruma aid olan digər informasiyalar yetərli sayıla biləcək şəkildə təqdim edilir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bir məlumat verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yetərli sayıla biləcək qədər məlumat verilir.

8. Boş iş yerləri və işə qəbul qaydaları barədəki, bilgilər yetərli saymaq olmaz. Çünki, işə qəbulun hüquqi bazası, norma və qaydaları haqqında bilgi verilsə də mümkün komissiyalar, işə qəbulun nəticələri, həmçinin mübahisələrin həlli yolları haqqında heç bir billgi verilmir.

9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10. Vətəndaşların qəbulu üçün qayda və şərtlər ayrıca təklif edilməsə də bu məsələ ən asan həll ediləcək şəkildə təqdim edilir.

11. Tender və yarışmaların mümkün qaydaları təqdim edilməsə də elanlara geniş yer verilib.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi verilmir.

13. Saytın texniki imkanları üzrə göstəricilər ən yüksək səviyyədədir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV