Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin www.mie.gov.az domen ünvanında yerləşən saytı haqqında, düzü elə də ciddi tövsiyələr vermək imkanı yoxdur. Çünki bir çox bölmələr üzrə informasiyalar yerli-dibli olmadığına görə, onların təkmilləşdirilməsi üçün fikir söyləmək də mümkün deyildir. Bu baxımdan ciddi çətinliklə qarşılaşsaq da bəzi bölmələr üzrə müəyyən tövsiyələrimizi dilə gətirmək istərdik.
1. Qurum haqqında bilgilərə nazirin özü haqqında bioqrafik bilgilərin də əlavə edilməsi məqsədə uyğun olardı.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun yerləşdiyi ünvanın marşrut və sxemini, həmçinin ora getmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilgiləri sayta əlavə etmək vacibdir.
3. Qurumun strukturunun sxemini ayrıca təqdim etmək gərəklidir. Həmçinin struktur vahidlərinin səlahiyyət çərçivəsi, ünvanları haqqında bilgilərin verilməsinə də ehtiyac duyulur.
4. Rəhbər və rəhbərliyə daxil olan işçilər haqqında bioqrafik bilgilər, həmçinin onlarla əks əlaqə üçün imkanlar təklif edilməsi zəruridir.
5. Yaxşı olardı ki, qurumun gündəlik fəaliyyətini əks etdirən bilgilər də saytda yerləşdirilsin.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi olmadığı üçün tövsiyə verə bilmirik.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də eyni sözləri deyə bilərik.
8. Boş iş yerləri və işə qəbul qaydaları ilə bağlı məlumatların verilməsi də gərəklidir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə də bilgi verilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər lazımlı olduğu üçün yaxşı olar ki, bu barədə bilgilər təqdim edilsin.
11. Qurumun həyata keçirdiyi tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi lazımlıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı məlumatların verilməsi zəruridir.
13. Saytın texniki imkanları üzərində ciddi işləmək, onu zamanın tələblərinə uyğunlaşdırmaq lazımdır. Həmçinin abunə və onlayn müraciət imkanlarının təklif edilməsinə ehtiyac duyulur.