Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin bir zamanlar İnternet resursu yox idi. İndi var. Ancaq elə bunu da yox saymaq olar. Çünki saytda əksər bölmələr üzrə informasiyalar yerli-dibli yoxdur. Olan informasiyalar da olduqca köhnədir. www.mie.gov.az domen ünvanında yerləşən sayt sadəcə həvəskar səviyyədə tərtib edilib və texniki imkanları, funksionallığı da ürəkaçan deyil. Beləliklə, nazirliyin saytında gördüklərimizi aşağıda təqdim edirik.
1. Qurum haqqında bilgiləri digər bilgilərə nəzərən yetərli hesab etmək olar. Burada çatışmayan yalnız nazirin özü haqqında bioqrafik bilgilərdir.
2. Ziyarətзilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli əlaqə vasitələri (telefon və e-poçt ünvanı) təqdim edilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturu haqqında sözlü bilgi verilir. Ancaq qrumun sxemi, struktur vahidlərinin səlahiyyət çərçivəsi, ünvanları haqqında bilgi təqdim edilmir.
4. Rəhbər və rəhbərliyə daxil olan işçilər haqqında heç bir bioqrafik bilgi verilmir. Həmçinin onlarla əks əlaqə üçün də hər hansı təklif yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında hər hansı bilgi əldə etmək mümkün deyildir. Yalnız başqa informasiyalar, həmçinin bu qurumun icrasına başçılıq etdiyi dövlət proqramları haqqında bilgi var.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən hər hansı xidmət haqqında bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında hər hansı bir məlumat verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək olar.
10. Vətəndaşların qəbulu ilə bağlı hər hansı bilgi yoxdur.
11. Tender və yarışmalar haqqında da heç bir məlumat verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi yoxdur.
13. Saytın texniki imkanları da yüksək dəyərləndirilə bilməz. Burada adi abunə və onlayn müraciət imkanı da təklif edilmir.