Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen ünvanlı İnternet saytında informasiya bolluğunun olduğunu demək olmaz. İcmaldan da göründüyü kimi burada bir çox vacib bilgilər çatışmır. Mövcud informasiyalar isə yetərli həddə deyil. Bununla belə saytın təkmilləşdirilməsi üçün imkanlar qalmaqdadır. Məhz bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi dilə gətiririk.
1. Qurumun özü haqqında bilgilər sırasında ona hazırda başçılıq edən, həmçinin öncə başçılıq etmiş şəxslər barədə informasiyanın verilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun yerləşdiyi ünvanın marşrut və sxeminin, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilginin də təqdim edilməsinə ehtiyac var.
3. Qurumun struktur bölmələri rəhbərlərinin e-poçt ünvanlarının, strukturun sxeminin, eyni zamanda struktur bölmələrinin səlahiyyət çərçivələrinin və ünvanlarının da saytda əks etdirilməsi gərəklidir.
4. Qurumun əsas rəhbər və müavinlərinin, həmçinin struktur bölmələri rəhbərlərinin bioqrafik bilgilərinin təqdim edilməsi gərəklidir. Qurumun rəhbəri ilə əks əlaqə üçün ayrıca əlaqə imkanı təklif edilməsi tövsiyə olunandır.
5. Qurumun cari fəaliyyətini daha çevik (ən azından gündəlik) işıqlandırmaq lazımdır. Həmçinin, qurumdaxili əmr və qərarlar, onların reyestri, qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi verilməlidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu xidmətlərdən istifadə üsulları, pullu xidmətlər və onların qiymətlərinin müəyyənləşdirilmə yolları haqqında bilgi verilməsi yaxsı olardı.
8. İşə qəbulun ümumi qaydaları, sahə üzrə qaydaları, işə qəbul komissiyaları, işə qəbulla bağlı mübahisələrin həlli yolları və işə qəbulun sonucları haqqında bilgi verilməlidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları, qəbulla bağlı mübahisələrin həlli yolları haqqında da bilgi verilməsinə ehtiyac var.
11. Tender və yarışmalar haqqında bilgilərin də təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyətini işıqlandırmaq gərəklidir.
13. Saytın texniki imkanları sırasına abunə imkanlarının da əlavə edilməsi gərəklidir.