Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az domen adlı İnternet resursu bir sıra informasiyaları daşıması və funksionallıq baxımından normaldır. Ancaq saytda xeyli sayda informasiyanın çatışmadığı da hiss edilməkdədir. Digər saytlarda olduğu kimi burada da ən vacib bilgilər – sahə işçilərinin əmək haqları, qurumun büdcəsi, tender və yarışmalar və bu kimi başqa bölmələr üzrə bilgilər ümumiyyətlə yoxdur. Ancaq bir sıra başqa bölmələr üzrə bilgilər verilir. Saytın ümumi görünüşü aşağıdakı kimidir.
1. Qurumun özü haqqında bilgilər demək olar ki, yetərli səviyyədədir. Ancaq çatışmayan tək şey quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan haqqında bilgilər tamdır. Ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanı verilsə də ayrı-ayrı xidmət və struktur bölmələrinə aid bu cür bilgilər verilmir. Eyni zamanda qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.
3. Qurumun strukturu haqqında bilgilər sözlü olaraq verilsə də sxemi təqdim edilmir. Bununla belə struktur bölmələrinin ünvanları, onların rəhbərləri və rəhbərlərlə əlaqə imkanları, həmçinin struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Qurumun rəhbərlərinin bioqrafiyaları və rəhbərlə əks əlaqə imkanları haqqında bilgilərin yarımçıq təqdim olunması ilə yanaşı, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks əlaqə imkanları haqqında heç bir bilgi təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər yetərli sayıla biləcək həddədir. Yalnız qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilir. Yalnız qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı yalnız işə qəbulun elanları və onların arxivi haqqında bilgilər təqdim edilir. İşə qəbulun hüquqi bazası, qəbulla bağlı norma və qaydalar, mümkün komissiyalar, işə qəbulun nəticələri, sahə daxilində ixtisas dəyişmə imkanları və mübahisələrin həlli yolları haqqında isə heç bir bilgi verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı qəbul günləri və saatları haqqında bilgi verilsə də qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli qaydaları haqqında heç bir bilgi verilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında yalnız bir layihə təqdim edilir.
13. Saytın texniki imkanları normal sayıla bilər. Çatışmayan yalnız abunə imkanıdır.