Thursday 25th April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az domen ünvanlı İnternet saytı çox mükəmməl deyil. Ancaq bu heç də o demək deyil ki, sayt kasaddır. Burada olduqca faydalı bilgilər toplanıb və onlardan istifadə imkanları da əlverişlidir. Amma bununla belə yenə də saytın təkmilləşdirilməsi üçün ciddi ehtiyac duyulur. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.

1. Qurumun özü haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər haqqında informasiya əlavə etmək lazımdır. Əgər belə informasiya yoxdursa və ya bu sahə mövcud olmayıbsa onu ayrıca qeyd etmək gərəkdir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün ayrı-ayrı xidmət və struktur bölmələrinə aid telefon və faks nömrələri, e-poçt ünvanları, eyni zamanda qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi vacibdir.

3. Qurumun strukturunun sxemini də sayta əlavə etmək lazımdır. Həm də struktur bölmələrinin ünvanları, onların rəhbərləri və rəhbərlərlə əlaqə imkanları, həmçinin struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi verilməsinə ehtiyac var.

4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı bilgilərdə qurumun rəhbərlərinin bioqrafiyaları və rəhbərlə əks əlaqə imkanlarını tamamlamaq, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks əlaqə imkanlarını təqdim etmək gərəkdir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilərin də əlavə edilməsi gərəklidir.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7. Qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları haqqında da ayrıca bilgi verilməsi tövsiyə olunandır.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərə işə qəbulun hüquqi bazası, qəbulla bağlı norma və qaydalar, mümkün komissiyalar, işə qəbulun nəticələri, sahə daxilində ixtisas dəyişmə imkanları və mübahisələrin həlli yolları haqqında bilgilərin əlavə edilməsi gərəklidir verilməlidir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin daxil edilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli qaydaları haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.

11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsinə gərək duyulur.

12. Yaxşı olardı ki, qurumun norma və qanun yaratma fəaliyyəti haqqında geniş və tam bilgi verilsin.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV