Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen adlı İnternet resursu funksionallıq baxımından normal və praktik sayıla bilər. Ancaq bu heç də onun yetərincə dolğun olmasına dəlalət etmir. Saytda bir sıra bilgilər var. Bununla belə daha vacib bilgilərin çoxu yerli-dibli yoxdur, yaxud da onlara aid başlıqlar olsa da (məsələn, tenderlər, elanlar kimi) açılan səhifələr boşdur. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər yetərli sayıla biləcək qədərdir. Çatışmayan yalnız nazirliyə bu vaxta qədər başçılıq etmiş şəxslər haqqında bilgilərdir. Düzdür, nazirlik qurulduğu gündən ona yalnız bir şəxs başçılıq edir. Ancaq buna baxmayaraq sahəyə bu vaxtadək başçılıq edən şəxslər haqqında bilgi vermək olardı.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı təqdim edilir. Ancaq telefon və faks nömrələri, e-poçt ünvanları haqqında yarımçıq məlumat, qurumun ünvanının marşrut və sxemi, oraya gəlmək üçün ictimai nəqliyyat haqqında isə heç bir məlumat verilmir.

3. Qurumun strukturu haqqında demək olar ki, bilgi yoxdur. Yalnız onun tabeliyində olan müəssisələr barədə bilgi verilsə də bu bilgilər belə yetərli sayıla biləcək qədər deyil.

4. Rəhbər və rəhbər işçilər haqqında bilgiləri tam və dolğun hesab etmək olmaz. Nazirin bioqrafiyası verilsə də onun müavinləri və struktur bölmələrinin rəhbərləri barədə belə bilgilər verilmir. Həm də əks əlaqə üçün imkanlar ümumi şəkildə və zəif təqdim edilir.

5. Quruma aid hər cür başqa informasiya və cari informasiya üzrə bilgi verilir. Mətbuat üçün açıqlamalar olduqca köhnədir. Qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilmir.

8. Eyni vəziyyət boş iş yerləri və işə qəbulla bağlı da müşahidə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgiyə rast gəlmək mümkün deyil.

10. Vətəndaşların qəbulu ilə bağlı yalnız qəbul günləri və saatları haqqında bilgi verilir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi təqdim edilmir.

13. Saytın texniki imkanları normal olsa da abunə və onlayn müraciət forması yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV