Tuesday 23rd April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az domen ünvanlı İnternet saytının durumu onun üzərində hələ çox iş getməli olduğundan xəbər verir. Saytda bəzi informasiyalar olsa da bir çox əsas bilgilər yoxdur. Bununla belə onun təkmilləşdirilməsi imkanları da yox deyil. Məhz bu durumu nəzərə alaraq aşağıda saytın təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi dilə gətiririk.

1. Qurum haqqında bilgilər sırasına sahəyə bu vaxtadək başçılıq edən şəxslər haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.

2. Ziyarətçilərin əks əlaqəsi üçün gərəkdir ki, burada mümkün olan bütün telefon, faks nömrələri, e-poçt ünvanları, həmçinin quruma gəlmək üçün ictimai nəqliyyat imkanları, onun marşrut və sxemi təqdim edilsin.

3. Qurumun strukturunun sxem şəklində təqdim edilməsi, eyni zamanda struktur bölmələri haqqında bilgin verilməsi gərəklidir.

4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı nazirin bioqrafiyası ilə yanaşı onun müavinlərinin və bütün struktur bölmələri rəhbərlərinin bu cür bilgiləri təqdim edilməli, həmçinin onların hər biri ilə əks əlaqə imkanları ayrıca təklif edilməlidir.

5. Qurumun cari fəaliyyəti haqqında bilgilərdə ən vacibi gündəlik informasiyalardır ki, saytda bu çatışmır. Qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər də sayta əlavə olunmalı informasiyalardır.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgi verilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və onların qiymətləri haqqında bilgi verilməsinə gərək duyulur.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi faydalı olardı.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin daxil edilməsi tövsiyə olunandır.

10. Vətəndaşların qəbul günləri və saatları ilə bərabər qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında bilgi verilməsi gərəklidir.

11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi lazımlıdır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması gərəklidir.

13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət forması da əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV