Saturday 27th April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet resursu artıq mövcuddur. Bu cür ifadəni ona görə işlədirik ki, əvvəlki müşahidələrimiz zamanı bu qurumun İnternet resursunun sadəcə olmadığı haqqında bilgi verməklə yetinməli olurduq. İndi mövcud olan resurs isə ilk baxışdan elə də zəif təsir bağışlamır. Yəni saytda xeyli faydalı informasiya toplanıb. Xüsusən də nazirliyin fəaliyyət istiqamətlərinə aid ən vacib bilgilər saytda yer alıb. Ancaq bütün bunlarla bərabər bir sıra gərəkli bilgilər yoxdur. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir.

1. Qurumun özü haqqında bilgilər yetərli sayılacaq həddədir. Yalnız qurumun daha öncəki rəhbərləri haqqında (baxmayaraq ki, nazirlik yeni qurulub) heç bir bilgi verilmir. Həm də indiki rəhbər haqqındakı bioqrafik bilgilər heç də yetərli sayıla bilməz.

2. Ziyarətçilərin əks əlaqəsi üçün lazım olan imkanları mükəmməl hesab etmək olmaz. Qurumun yer və bir e-poçt ünvanı, həmçinin telefon və faks nömrələri verilib. Ancaq onun yerləşdiyi ünvanın marşrut və sxemi, həmçinin ora getmək üçün ictimai nəqliyyat vasitələri haqqında heç bir bilgi təqdim edilmir.

3. Qurumun strukturu haqqındakı beş bənddən beşi üzrə də yetərli bilgi verilir. Qurumun struktur bölmələrinin ünvanları, səlahiyyət çərçivələri, telefon və faks nömrələri, həmçinin rəhbərlərinin adları haqqda yeterli bilgiklər təqdim edilir.

4. Rəhbər və onun müavinləri haqqındakı bioqrafik bilgilər olduqca kasaddır. Eyni hal struktur bölmələrinin rəhbərləri ilə bağlı da keçərlidir. Qurumla əks əlaqə üçün ümumi imkan isə yarımçıq sayıla bilər.

5. Qurumun cari fəaliyyəti haqqında altı bənddən yalnız üçü üzrə bilgi verilir. Qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgi üzrə isə heç bir informasiya təqdim edilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icra durumu haqqında heç bir bilgi yoxdur.

7. Qurumun profilinə uyğun təklif etdiyi xidmətlər haqqında bilgi yetərli sayıla biləcək həddədir. Yalnız əlavə pullu xidmətlər haqqında heç bir bilgi yoxdur. Əlbəttə ki, bu cür xidmətlər mövcud olmaya bilər. Belə halda təbii ki, belə xidmətlərin olmadığı haqqında bilgi verilməlidir.

8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi yoxdur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.

10. Vətəndaşların qəbulu ilə bağlı ayrı-ayrı vəzifəli şəxslərin qəbul günləri və saatları haqqında bilgi verilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və yaranan mübahisələrin həlli yolları haqqında isə heç bir bilgi verilmir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Təəssüf ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi verilmir.

13. Saytın texniki imkanları normal sayıla bilər. Yalnız burada abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV