Friday 19th April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet resursu özünün e-xidmət imkanları baxımından çox ciddi şəkildə fərqlənir. Gömrük mütəxəssisi olmasaq da hiss edirik ki, burada gömrüyə aid bütün xidmətləri e-formada icra etmək üçün imkan yaradılıb. Əlbəttə ki, bu baxımdan sayt digər dövlət qurumlarına nümunə ola biləcək həddədir. Saytın informasiya zənginliyi də xüsusi qeyd edilməlidir. Ancaq bir sıra bölmələr üzrə informasiyanın ümumiyyətlə verilməməsi də üzücüdür. Saytın ümumi durumu isə aşağıdakı kimidir.

1. Qurum haqqında və qurumun hazırkı rəhbər haqqında bilgilər tamdır. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə – bilgi yetərsizliyi var.

2. Ziyarətçilərin əks əlaqəsi üçün telefon və faks nömrələri, yer və e-poçt ünvanları verilib. Ancaq komitənin ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında heç bir bilgi təqdim edilmir.

3. Qurumun və komitənin aparatının strukturu sxem olaraq təqdim edilir. Hətta bəzi struktur vahidlərinə keçidlər də verilir. Ancaq qurumun alt bölmələri, regional qolları, struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında informasiya təqdim edilmir.

4. Rəhbərliyə daxil olan bütün şəxslər haqqında biografik bilgilər tam və dolğundur. Qurumla əks əlaqə üçün gərəkli bütün bilgilər də təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar verilir. Lakin qurumdaxili əmr və sərəncamlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgi verilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilərdə gözə dəyən yalnız aylar üzrə büdcə daxilolmalarıdır ki, onlar da ümumi rəqəmlər şəklindədir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər ən mükəmməl bölmələrdən biridir. Burada gömrüklə bağlı xidmətlər ən irəli e-texnoloji imkanlarla təklif edilir.

8. İşə qəbulun ümumi qaydaları və komitədə işə qəbul qaydaları haqqında bilgi verilir. İşə qəbul haqqında elanlar, elanların arxivi, boş iş yerləri haqqında, işə qəbul komissiyaları, mübahisələrin həlli yolları barədə isə bilgi təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) ilə bağlı da faktiki bilgi yoxdur. Yalnız “virtual qəbul” adlı pəncərə var ki, orada vətəndaşlara komitə sədrinin qəbuluna hansı proseslərdən sonra düşməyin mümkünlüyü barədə əmr tonunda qısa arayış verilir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgilər saytda öz əksini tapmayıb.

13. Saytın texniki imkanları ən yüksək səviyyədədir. Onlayn müraciət forması və abunə imkanı da təklif edilir. Həm də sayt e-xidmətlər baxımından ciddi şəkildə fərqlənir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV