Nə qədər təəccüblü görünsə də Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin İnternet saytı ən aşağı standartlara belə cavab vermir. Saytda axtarış imkanları yoxdur. Əks əlaqə üçün heç adi e-poçt ünvanı belə verilməyib. Komitənin sədrindən başqa hər hansı məsul şəxs haqqında da heç bir bilgi yoxdur. Üstəlik komitənin özü haqqında bilgiyə də rast gəlmək olmur. Arxivin adı olsa orada heç bir məlumat tapmaq mümkün deyil. Bir çox məlumatlar olduqca köhnədir. Təbii ki, köhnə məlumatların saxlanılması lazımdır. Ancaq yeni məlumatların da bazaya daxil edilməsi gərəklidir. Saytda aşağıdakı bölmələr yer alıb:
• QKDK: QKDK-nin sədri (QKDK-nin sədri Gündüz Məmmədov), QKDK-nin strukturu (boşdur)
• Xəbər mərkəzi: xəbərlər (bir neçə xəbər gündəlik redaksiya ilə), QKDK-nin press-relizləri (sonuncu 3 may 2006-cı il tarixlidir), arxiv (boşdur)
• Qiymətli kağızlar bazarı: QK bazarının qanunvericiliyi (qanunlar ("Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı), AR Prezidentinin fərmanları (boşdur), QKDK-nin normativ hüquqi aktları (QK-ın buraxılışı və onların dövriyyəsi (əsasnamə və qaydalar), QK bazarının infrastrukturu (standart, qayda və əsasnamələr), borc bazarı (qayda və əsasnamələr), lotereya bazarı (qaydalar), aksiz markaları (qaydalar)))
• QK bazarının infrastrukturu: fond birjası (boşdur), broker, dilerlər (may 2004), depozitlər (may 2004), reyestr (may 2004), QK-ın idarə olunması (boşdur), kliring (boşdur), QK-ın emissiyası (dövlət qiymətli kağızları, korporativ qiymətli kağızlar (özəlləşdirilmiş müəssisələrin emissiyası, digər müəssisələrin emissiyası))
• QK bazarı haqqında məlumat: 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005
Comments are closed.