Ölkəmizin xarici siyasət idarəsinin İnternet saytı standartlara yaxın belə gəlmir. Digər qurumların saytlarında sistemsizlik olsa da informasiya zənginliyi nəzərə çarpırdı. Burada isə heç xaotik də olsa zənginlik yoxdur. Bir çox səhifələr tamamilə boşdur. Dolu olanlar da daha yaxşı olmağı arzu edir. Saytda axtarış qutusu olsa da işləmir. Əks əlaqə üçün e-poçt da daxil olmaqla ünvan və telefon nömrələri verilib. Saytın bir qüsuru da odur ki, ingilis dilində açılır və bundan sonra Azərbaycan dilinə keçə bilərsiniz. Azərbaycan dilli versiyada nədənsə səhifələrin adları ingilis dilində verilib. Mətbuat xidməti və ya ictimai əlaqələr haqqında bir kəlmə belə yoxdur. Saytda aşağıdakı bölmələr yer alıb:
• Azərbaycan Respublikası: boşdur
• Diplomatik xidmət: boşdur
• Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri: boşdur
• Xarici siyasət və beynəlxalq münasibətlər: boşdur
• Konsulluq xidməti: boşdur
• Çıxışlar: xarici işlər nazirinin ayrı-ayrı vaxtlarda etdiyi 7 çıxış. Sonuncu 28-30 iyun 2005-ci il tarixlidir
• XİN-in bəyanatları: 11 bəyanat. Sonuncu 18 mart 2006-cı il tarixlidir
• «Diplomatiya aləmi» jurnalı: «Diplomatiya aləmi» jurnalının saylarına keçid
• Təlim-tədris mərkəzi: mərkəz haqqında bilgi
• Xəbərlər: boşdur
• Əlavə İnternet səhifələrinin siyahısı: boşdur
• İşə qəbul: boşdur