Tuesday 03rd December 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet saytı özünün funksionallığı və texniki imkanları baxımından yetərli sayıla biləcək həddədir. Bunun belə, icmalda da qeyd etdiyimiz kimi, saytın bir sıra çatışmayan yönləri də vardır ki, onları aradan qaldırmaq mümkündür. Bunu nəzərə alaraq aşağıda təkmilləşmə istiqamətində bəzi tövsiyələrimizi təqdim edirik.

1. Qurum haqqında bilgilər sırasında ona daha öncə başçılıq etmiş şəxslər haqqında da informasiya verilməsi gərəklidir.

2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması baxımından quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verməsi gərəklidir.

3. Qurumun strukturunun sxem şəklində təqdim edilməsi yaxşı olardı.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərin tam şəkildə təqdim edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqındakı bilgilər sırasına qurumun icra etdiyi proqram və layihələr haqqında informasiyaların əlavə edilməsi gərəklidir.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgilər öz əksini tapsın.

7. Qurum tərəfindən təklif edilən xidmətlər üzrə bölmədə pullu xidmətlər haqqında da bilgilərin təqdim edilməsinə gərək duyulur.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə işə qəbulun sonucları və sahə daxilində ixtisasdəyişmə imkanları haqqında da bilgi verilməsini tövsiyə edərdik.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə məlumatlar əks olunsun.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərə qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə informasiyaların əlavə edilməsi çox yaxşı olardı.

11. Tender və yarışmalar haqqında bilgilərin də daxil edilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin saytda öz əksini tapmasına ehtiyac var.

13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV