Tuesday 03rd December 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet resursu elə bil ki, bir qədər geriləmə yaşayıb. Çünki əvvəlki müşahidələr zamanı bu saytda həm də komissiyanın rəhbəri işçilərinin əmək haqları haqqında ayrıca bilgi verilirdi. İndi bu bilgilər yoxdur. Ümumilikdə isə saytın durumu elə də pis deyil. Bir çox bölmələr üzrə gərəkli bilgilər verilib. Həm də texniki imkanları baxımından sayt yetərincə funksionaldır. Saytda gördüklərimizi sırası ilə aşağıda təqdim edirik.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilərdir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, həmçinin mümkün e-poçt ünvanları və onlayn müraciət forması verilib. Bundan başqa marşrut və sxem də təqdim edilir. Yalnız bura gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir.

3. Qurumun struktur vahidləri sxem şəklində verilməsə də onlar haqqında bilgilər yetərli şəkildə təsvir edilib. Həm də onlarla əlaqə vasitələri yetərli səviyyədə təqdim edilib.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər verilsə də onlar tam deyil. Bununla belə rəhbərlə, digər rəhbər işçilərlə əlaqə imkanları ən yüksək səviyyədədir. Qurumun özü ilə ümumi əlaqə imkanları da yetərli sayılacaq qədərdir.

5. Cari informasiyalar məsələsində sayt elə də aşağı səviyyədə deyil. Saytda gərəkli bilgilər verilir. Quruma aid edilən hər cür cari informasiyanı saytdan tapmaq olar. Həmçinin qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgilər saytda yer alıb. Lakin qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi verilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər saytda öz əksini tapmayıb.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yetərincə bilgi verilir. Həmçinin qurumun xidmətlərindən istifadə üsulları haqqında da informasiyalar təqdim edilir. Burada çatışmayan yalnız pullu xidmətlər haqqında bilgilərdir.

8. İşə qəbul qaydaları, boş iş yerləri haqqında bilgiləri yetərli hesab etmək olar. Çünki, bölmənin səkkiz bəndindən altısı üzrə bilgilər tamdır. Yalnız işə qəbulun sonucları və sahə daxilində ixtisasdəyişmə imkanları haqqında bilgi təqdim edilmir.

9. Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilmir.

10. Vətəndaşların qəbulu ilə bağlı yalnız vətəndaşların qəbul günləri və saatları haqqında bilgi verilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları haqqında isə bilgi təqdim edilmir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlmək olmur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgilər saytda öz əksini tapmayıb.

13. Saytın texniki imkanları normaldır. Onlayn müraciət forması da var. Yalnız abunə imkanı haqqında bilgi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV