Tuesday 03rd December 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Auditorlar Palatasının www.audit.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Auditorlar Palatasının www.audit.gov.az domen adlı İnternet resursu özünün texniki imkanları və funksionallığı baxımından normal təsir bağışlayır. Bununla belə saytın bilgi tərkibi yetərli hesab ediləcək qədər deyil. Bir sıra bölmələr üzrə bilgi verilsə də bəzi bölmələr üzrə bu bilgilər tam deyil, bəziləri üzrə isə ümumiyyətlə yoxdur. Bu saytda da şəffaflıq üçün önəmli olan büdcə bilgiləri və əmək haqları barədə bir söz deyilmir. Bütün bunlarla bərabər saytın nisbətən normal durumda olduğunu söyləmək olar. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Onun tarixi, səlahiyyət çərçivələri və mövcudluğunu təmin edən qanunlar barədə yetərli bilgi var. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı tam olaraq verilib. Ancaq ayrı-ayrı xidmət və struktur bölmələrinin telefon nömrələri, e-poçt ünvanları yetərli deyil. Bundan başqa qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi yoxdur.

3. Qurumun struktur vahidləri sxem şəklində təqdim edilir və onun struktur vahidləri tam olaraq təqdim edilir. Ancaq struktur bölmələrinin rəhbərləri, onların səlahiyyət çərçivələri və əlaqə vasitələri barədə bilgi verilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər və qurumla ümumi əlaqə imkanları yetərli sayılacaq şəkildə təqdim edilir. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və struktur bölmələri ilə əlaqə imkanları təqdim edilmir.

5. Cari informasiyalar məsələsində saytın elə də çevik olduğunu demək olmaz. Üstəlik, qurumdaxili əmr və sərəncamlar, onların reyestri, həyata keçirilən proqram və layihələr barədə bilgilər də təqdim edilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilməli olan mütləq xidmətlər barədə bilgi var. Ancaq əlavə xidmətlər haqqında və onlardan istifadə yolları barədə bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər də verilmir.

9. Növbəti boş bölmə sahə işçilərinin əmək haqları barədədir.

10. Vətəndaşların qəbul günləri və saatları barədə bilgi təqdim edilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında isə bilgilər saytda əks etdirilmir.

11. Tender və yarışmalar haqqında da heç bir bilgi təqdim edilmir.

12. Təəssüf ki, qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında da bilgilər verilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilə bilər. Onlayn müraciət forması da təqdim edilib. Ancaq abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV