Wednesday 01st December 2021,

2011

Ξ Leave a comment

AzərTAc – Azərbaycan Dövlət Teleqraf Agentliyinin www.azertag.com domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

AzərTAc – Azərbaycan Dövlət Teleqraf Agentliyinin www.azertag.com domen adlı İnternet resursu təəccübləndirəcək qədər boşdur. Saytda yalnız qurum haqqında bilgilər və onun xidmət sahəsinə aid olan xəbər yayımı barədə bilgilər var. Bundan başqa əks əlaqə imkanları haqqında bilgi verilir. Başqa bölmələr üzrə demək olar ki, heç bir bilgi tapmaq mümkün deyildir. Halbuki bu bir dövlət agentliyi olması səbəbindən onun saytında digər qurumlarla müqayisədə daha dolğun bilgi olmalıydı. Burada hətta e-poçtla abunə imkanı da yoxdur. Saytın ümumi durumu aşağıda təqdim etdiyimiz kimidir.

1. Qurum haqqında bilgilər bölməsində yalnız onun tarixi və bu günü barədə bilgi var. Onun rəhbərləri, səlahiyyət çərçivələri, qanunverici bazası, hakimiyyət qolunda yeri barədə heç bir bilgi verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, həmçinin e-poçt ünvanı təqdim edilir. Həm də onlayn müraciət forması var. Lakin onun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgilər təqdim edilmir.

3. Qurumun strukturu haqqında heç bir bilgi yoxdur.

4. Rəhbər və digər rəhbər işçilər, onlarla əks əlaqə imkanları haqqında da saytda heç bir bilgiyə rast gəlinmir.

5. Təəssüf ki, ən vacib bölmələrdən olan qurumun cari fəaliyyəti bölməsi də boşdur.

6. Daha bir çatışmayan informasiya ümumi dövlət büdcəsi ilə bağlıdır.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər barədə isə yalnız qurumun təklif etdiyi əlavə xidmətlər haqqında bilgi verilir.

8. Boş iş yerləri və işə qəbulla bağlı da heç bir bilgi yoxdur.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

10. Vətəndaşların qəbulu şərtləri və qəbul günləri (saatları) barədə də hər hansı bilgilərə rast gəlmək mümkün deyil.

11. Eyni hal tender və yarışmalar haqqında da müşahidə olunur.

12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal dəyərləndirilə bilər. Burada onlayn müraciət forması olsa da e-poçtla abunə imkanı yoxdur. Yalnız RSS abunə imkanı təklif edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV