Friday 26th April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi heç də ondan gözlənildiyi qədər diqqət çəkən deyildir. Sayt özünün çevikliyi baxımından da diqqət çəkmir. Həm də əks əlaqə imkanları heç də yetərli deyildir. Bütün bunlarla bərabər bir sıra bölmələr üzrə ümumiyyətlə bilgi yoxdur. Amma bu heç də o demək deyil ki, sayt tamamən uyğunsuz durumdadır. Yəni demək istədiyimiz odur ki, saytı təkmilləşdirmə imkanları vardır. Buna görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.

1. Qurum haqqında bilgilərə onun tarixi haqqında bilgi də əlavə etmək lazımdır. Həm də ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin təqdim edilməsi faydalı olardı.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin ora getmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi vacibdir.

3. Qurumun strukturunun sxemi təqdim edilməlidir. Həm də struktur bölmələrinin başçıları barədə bilgilərin verilməsi gərəklidir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgiləri dolğun şəkildə təqdim etmək lazımdır. Struktur bölmələrinin rəhbərləri barədə də bilgilər verilməlidir. Həm də onlarla əks əlaqə imkanlarını daha dolğun təqdim etməyə gərək var.

5. Cari informasiyalar məsələsində saytın daha çevik olması gərəkdir. Saytda qurumdaxili əmr və sərəncamlar, həm də onun icra etdiyi proqram və layihələr barədə də bilgilərin təqdim edilməsinə ehtiyac var.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgilər öz əksini tapsın.

7. Qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları barədə də bilgi verilməsi zəruridir.

8. Yaxşı olardı ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər təqdim edilsin.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər təqdim olunması gərəkli informasiyalardandır.

11. Tender və yarışmalar haqqında bilgilərin də daxil edilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin saytda öz əksini tapmasına ehtiyac var.

13. Saytın texniki imkanlarını genişləndirmək, onu daha funksional hala gətirmək, onlayn yazışma forması və abunə imkanı əlavə etmək lazımdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV