Thursday 28th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Xüsusən də seçkilərin keçirildiyi dönəmlərdə diqqət mərkəzində olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet resursu heç də gözlənildiyi qədər zəngin hesab edilə bilməz. Düzdür, seçkilərlə bağlı gərəkli sənədlərin demək olar ki, hamısını bu saytdan əldə etmək olar. Ancaq qurumun özü haqqında bilgilərə gəlincə, bu, heç də belə deyil. Hətta onun nə zaman qurulduğu, kimlərin ona başçılıq etdiyi barədə də bilgilər yoxdur. Üstəlik, saytın elə də funksional və çağdaş tələblərə uyğun olduğu söylənə bilməz. Saytın görünüşü bütövlükdə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər kasad hesab edilə bilər. Burada onun tarixi haqqında bilgi yoxdur. Qurulduğu gündən bu günə qədər ona başçılıq edənlərdən yalnız indiki rəhbərin adı və haqqında üç cümləlik bilgi var. Səlahiyyətləri, hakimiyyət qolunda yeri və qanunverici bazası haqqında bilgilər isə təqdim edilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq onun ünvanının marşrut və sxemi, həmçinin ora getmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.

3. Qurumun struktur vahidləri sxem olaraq təqdim edilməsə də, onun strukturuna daxil olan vahidlər haqqında, struktur bölmələrinin ünvanları haqqında bilgi verilir. Lakin onların başçıları barədə bilgi təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yetərli deyil. Daha doğrusu MSK-nın tərkibindəki şəxslər barədə bir neçə cümləlik bilgi verilir. Struktur bölmələrinin rəhbərləri barədə isə heç bir bilgi verilmir. Həm də onlarla əks əlaqə imkanları yetərli deyil.

5. Cari informasiyalar məsələsində saytın elə də fərqləndiyi deyilə bilməz. Bu qəbildən olan son informasiya bu il fevral ayının 24-nə aid olduğu halda daha öncəki xəbər ötən ilin noyabr ayına təsadüf edir. Saytda qurumdaxili əmr və sərəncamlar barədə bilgi yoxdur. Üstəlik, onun icra etdiyi proqram və layihələr barədə heç nə deyilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər saytda öz əksini tapmayıb.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgiləri yetərli saymaq olardı. Yalnız burada qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları barədə bilgi verilmir.

8. Təəssüf ki, işə qəbul qaydaları, boş iş yerləri haqqında bilgilər təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə informasiyalarda əks etdirilmir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12. Növbəti boş bölmə qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları, yuxarıda da qeyd etdiyimiz kimi, elə də yüksək dəyərləndirilə bilməz. Həm də burada abunə və onlayn yazışma forması təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV