Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az domen adlı İnternet resursu heç də ondan gözlənildiyi qədər interaktiv və funksional deyil. Saytda bir çox bölmələr üzrə bilgilər yerli-dibli yoxdur. Olan bilgilər də bir sıra hallarda yetərli deyil. Şəffaflığın təmin edilməsi üçün gərəkli olan ən vacib informasiyalar saytda yoxdur. Cari informasiyalar baxımından da sayt xüsusi fərqlənmir. Ümumi olaraq belə qənaətə gəlmək olar ki, bu resurs zamanın tələblərindən xeyli geri qalır. Saytın ümumi görünüşü aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər demək olar ki, tam və dolğundur. Burada çatışmayan yalnız ona daha öncə də başçılıq etmiş şəxslər haqqında bilgidir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanı verilir. Ancaq ora getmək üçün ictimai nəqliyyat, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi təqdim edilmir.

3. Qurumun strukturu haqqında heç bir bilgi yoxdur.

4. Rəhbər və digər rəhbər işçilər haqqında heç bir bioqrafik bilgi verilmir. Heç onlarla əlaqə üçün imkanlar da təklif edilmir. Yalnız qurumla əlaqə üçün ümumi imkan təqdim edilir.

5. Cari informasiyalar məsələsində sayt elə də çevik təsir bağışlamır. Bununla belə quruma aid olan informasiyalar, həmçinin qurumun icra etdiyi proqramlar barədə saytda bilgi verilir. Ancaq qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında bilgi təqdim edilmir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi saytda öz əksini tapmayıb.

7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər haqqında yetərli bilgi verilir. Ancaq əlavə və pullu xidmətlər və onlardan istifadə yolları haqqında bilgi təqdim edilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər də təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək olar.

11. Təəssüf ki, tender və yarışmalar haqqında da heç bir bilgi əldə etmək mümkün deyil.

12. Növbəti boş bölmə isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Xüsusən də funksionallıq və interaktivlik baxımından bu resurs lazım olduğu səviyyədə deyil. Üstəlik, burada abunə imkanı təklif edilsə də işləmir. Onlayn yazışma forması isə yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV