Thursday 21st November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Hava Yolları QSC-nin www.azal.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Hava Yollarının www.azal.az domen adlı İnternet saytı funksionallıq və interaktivlik baxımından yetərincə uyğun olsa da başqa göstəricilər üzrə bunu demək olmaz. Saytın bir sıra bölmələri, icmal hissədə də gördüyümüz kimi, boşdur və ya onların tərkibi yetərincə zəngin deyil. Elə buna görə də bu resursun üzərində təkmilləşdirmə və tamamlama işləri aparılmalıdır. Yəni texniki imkanları yetərli olan saytın təkmilləşdirilməsi elə də çətin məsələ deyil. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.

1. Qurum haqqında bilgilər bölməsində həm də ona hazırda və daha öncə başçılıq etmiş şəxslər barədə, eyni zamanda qurumun səlahiyyət çərçivələri, qanunverici bazası və hakimiyyət qolunda yeri haqda bilgi verilməsi gərəklidir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərin əlavə edilməsi faydalı olardı.

3. Qurumun struktur vahidlərinin sxemi və struktur vahidlərinin rəhbərləri haqqında bilgilər də təqdim edilməlidir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər təqdim edilməlidir. Onlarla birbaşa əlaqə imkanları da həmçinin.

5. Cari informasiyalar məsələsində saytın daha çevik olması vacibdir. Saytda qurumdaxili əmr və sərəncamlar, onların reyestri, həm də onun icra etdiyi proqram və layihələr barədə bilgi verilməsi tövsiyə olunur.

6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsinə ehtiyac duyulur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasına əlavə xidmətlər və onlardan istifadə barədə də bilgi verilməsi tövsiyə olunur.

8. Yaxşı olardı ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər saytda əks etdirilsin.

9. Həmçinin sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi faydalı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

11. Tender və yarışmalar haqqında isə tender və yarışmaların sonucları və mübahisələrin həlli yolları barədə bilgilər əlavə edilməsi faydalı olardı.

12. Əks etdirilməli olan informasiyalardan biri də qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV