Milli Təhlükəsizlik Nazirliyinin İnternet saytı da tələbatlara tam cavab verə biləcək səviyyədə deyil. Ancaq əks əlaqə imkanlarının qismən də olsa mövcudluğunu nəzərə alsaq vətəndaşların daha çox bilgi almasında bu saytın müəyyən rol oynaya biləcəyini deyə bilərik. Saytda aşağıdakı bölmələr yer alıb:
• Baş səhifə: İctimai Əlaqələr Mərkəzinin məlumatları və ümumi təqdimat. Axtarış menyusu var
• MTN haqqında: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, Nazirliyin qarşısında duran vəzifələr, Milli qəhrəmanlar
• Tarix: Azərbaycan təhlükəsizlik orqanlarının tarixi və Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
• Qanunvericilik: burada MTN-lə bağlı qanun və sərəncamlar yer alıb
• Erməni təcavüzü: Tarixi aspekt, hüquqi aspektlər, münaqişənin nəticələri, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar statistika, xəritə
• Terrorizmlə mübarizə: Erməni terrorizmi, BMT və Azərbaycan, Avropa Şurası və Azərbaycan
• İctimaiyyətlə əlaqələr: ictimai əlaqələr mərkəzinin məlumatları
• MTN-in muzeyi: «Müstəqillik, dövlətçilik, milli təhlükəsizliyin keşiyində» Muzeyi, Azərbaycan Demokratik Respublikası dövründə xüsusi xidmət orqanları (1919-1920), Azərbaycan Sovet Sosialist Respublikası dövründə xüsusi xidmət orqanları (1920-1991) və Azərbaycan Respublikasının xüsusi xidmət orqanları (1991-ci ildən)
• MTN-in Akademiyası: Ümumi məlumat, fakültələr və qəbul qaydaları
• Kitabxana: Nəşrlər, müsahibələr, məqalələr və məktublar
• Bizimlə əlaqə: İctimai əlaqələr mərkəzi, MTN-in Akademiyası, MTN-in Arxivi, MTN-in muzeyi və saytla bağlı təkliflər üçün e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri verilib
Bunlardan başqa saytda «Daha ətraflı» başlığı altında «Fotoalbom» və «Faydalı resurslar» adlı səhifələrə keçid də verilib. Birincidə MTN-in fəaliyyətini əks etdirən fotolar, ikincidə isə əsasən dövlət qurumlarının İnternet saytlarına bağlantılar yer alıb. Ümumilikdə sayt əks əlaqə üçün qənaətbəxş sayıla bilər. Bununla belə müasir texnologiyaların imkanlarından tam istifadə edilməyib.