Monday 25th November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Teleradio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Teleradio Şurasının www.ntrc.gov.az domen adlı İnternet resursu əslində daha çevik və daha dolğun olması gözlənildiyi halda, təəssüf ki, daha zəif təsir bağışlayır. Texniki tərtibat baxımından da saytda qeyri-adi və irəli sayıla biləcək bir şeyə rast gəlmək mümkün deyil. Həm də verilən bilgilərin çoxu yarımçıqdır və bəzən də sadəcə özünə uyğun bənddə informasiyanın varlığını təsdiq etmək üçün mövcuddur. Cari informasiyalar verilsə də burada da çeviklik hiss edilmir. Ümumi durum bundan ibarətdir ki, MTRŞ-nin saytı tələblərə tam cavab vermir. Aşağıda saytda gördüklərimizlə tanış olduqdan sonra bu qənaətə gəlmək olar.

1. Qurum haqqında bilgilər tam və dolğun hesab edilə bilər.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı verilib. Həm də onun telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilib. Ancaq ünvanının marşrut və sxemi, həmçinin ora gələn ictimai nəqliyyat barədə bilgi verilmir.

3. Qurumun struktur vahidləri haqqında sözlü bilgi verilir. Ancaq onların ayrıca ünvanları və səlahiyyət çərçivələri barədə bilgi təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğundur. Üstəlik əks əlaqə imkanları da təqdim edilir. Ancaq struktur bölmələrinin rəhbərləri barədə bioqrafik bilgilər verilmir.

5. Cari informasiyalar məsələsində sayt bir qədər canlanmış kimi görünür. Quruma aid olan və cari sayıla biləcək bilgilər təqdim edilir. Ancaq qurumdaxili əmr və sərəncamlar, həmçinin onun həyata keçirdiyi proqram və layihələr barədə bilgi əks olunmur.

6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı bilgilər təqdim edilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də bilgi təqdim edilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilən yeganə məlumat boş iş yerləri haqqında elanlardır.

9. Sahə işçilərinin əmək haqları barədə də bilgi verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız vətəndaşların qəbul günləri haqqında yarımçıq və anlaşılmaz bilgi verilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələr barədə bilgilər isə təqdim edilmir.

11. Tender və yarışmalar haqqında bilgilərdə saytda öz əksini tapmayıb.

12. Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da demək olar.

13. Saytın texniki imkanları çox yüksək olmasa da burada abunə və əks əlaqə imkanı təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV