Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet resursu əslində daha çevik və funksional olması lazımkən bu baxımdan elə də seçildiyini hiss etmək mümkün deyil. Həm də saytda bir çox bölmələr üzrə bilgilər yerli-dibli yoxdur. Verilən bilgilərin bir qismi isə tam və dolğun deyil. Şəffaflıq baxımından ən gərəkli sayılan bilgilər – əmək haqları, büdcə rəqəmləri, işə qəbul məsələləri barədə heç nə deyilmir. Ancaq elə bilgilər də var ki, onların olması saytda müsbət hal kimi qiymətləndirilə bilər. Misal üçün, onlayn müraciət formasının olmasını bu qəbildən hesab etmək olar. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər bölməsində ona daha öncə başçılıq etmiş şəxslər barədə bilginin yoxluğunu nəzərə almasaq burada durum yaxşı dəyərləndirilə bilər. Qurumun qısa tarixi, qanunverici əsasları, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilər yetərli sayıla biləcək qədərdir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, ümumi xarakterli e-poçt ünvanları, həmçinin qurumun ünvanının marşrut və sxemi də göstərilir. Ancaq quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir. Onlayn müraciət forması isə təqdim edilir.

3. Qurumun struktur vahidləri haqqında tam olmasa da sxem təqdim edilir. Bundan başqa struktur vahidləri barədə sözlü bilgilər və struktur vahidlərinin alt bölmələri də əks etdirilir. Üstəlik struktur bölmələri ilə əlaqə vasitələri barədə də bilgi təqdim edilir. Ancaq struktur bölmələrinin rəhbərləri və onların səlahiyyət çərçivələri barədə heç bir məlumat verilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər sırasından yalnız hakimlərin bioqrafiyaları təqdim edilir. Qurumda çalışan və müxtəlif strukturlara başçılıq edən işçilər barədə belə bilgilər yoxdur. Ancaq əks əlaqə üçün yetərli sayıla biləcək qədər bilgi təqdim edilir.

5. Cari informasiyalar məsələsində sayt o qədər də çevik sayıla bilməz. Bununla belə bu qəbildən olan bilgilər az deyil. Lakin qurumdaxili əmr və sərəncamlar, qurumun icra etdiyi proqramlar barədə bilgi yoxdur.

6. Dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.

7. Qurumun təklif etdiyi xidmətlər barədə bilgilər təqdim edilir. Ancaq pullu xidmətlərin siyahısı və onların qiymətləri barədə məlumat verilmir. Xidmətlərdən istifadə üsulları barədə isə yarımçıq bilgilər verilir.

8. Boş iş yerləri və işə qəbulla bağlı isə heç bir məlumat saytda əks etdirilmir.

9. Növbəti boş bölmə sahə işçilərinin əmək haqları barədədir.

10. Vətəndaşların qəbul günləri və saatları barədə bilgi verilir. Ancaq qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları barədə isə heç bir bilgi təqdim edilmir.

11. Təəssüf ki, tender və yarışmalar haqqında bilgilər təqdim edilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında eyni sözləri demək mümkündür.

13. Saytın texniki imkanları çox da yüksək dəyərləndirilə bilməsə də normal hesab oluna bilər. Burada abunə imkanı təklif edilmir. Ancaq onlayn yazışma forması var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV