Saturday 23rd November 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi, xeyli inkişaf etmiş durumdadır. Bu isə sayta diqqətin artırılmasından və onun üzərində ciddi iş getməsindən xəbər verir. Ancaq bu heç də o demək deyil ki, nazirliyin saytı tam olaraq tələbatlara cavab verəcək durumdadır. Göründüyü kimi bir sıra bölmələr üzrə bilgilər ya tam deyil, ya da yerli-dibli yoxdur. Yəni saytın daha da təkmilləşdirilməsi üçün imkanlar qalmaqdadır. Ona görə də aşağıda bu saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.

1. Qurum haqqında bilgilər bölməsində ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi təqdim edilməsi yaxşı olardı.

2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaqdan ötrü quruma gəlmək üçün ictimai nəqliyyat barədə də bilgi verilməsi gərəklidir.

3. Qurumun struktur vahidlərinin ünvanları və səlahiyyət çərçivələri barədə də bilgilərə gərək var.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər sırasından struktur bölmələrinin rəhbərləri barədə də bu cür bilgilər verilməlidir.

5. Cari informasiyalar məsələsində sayt yetərincə dolğun və çevik olduğundan heç bir tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı büdcənin rəqəmlə ifadəsi, onun quruma aid hissəsinin ayrıntıları, büdcənin icra durumu, ona edilən dəyişikliklər barədə bilgi verilməsi yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərə qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə yolları barədə də bilgi verilməsi zəruridir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Yaxşı olardı ki, vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları barədə də bilgi saytda əks etdirilsin.

11. Tender və yarışmaların sonucları və mübahisələrin həlli yolları barədə də bilgi verilməsi faydalı olardı.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV