Monday 24th June 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugee.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugee.gov.az domen adlı İnternet resursunda monitorinq apardığımız 13 bölmədən yalnız 6-sı üzrə bilgilər yer alıb. Həm də bu bilgilər tam olaraq dolğun və yetərli dəyərləndirilə bilməz. Bununla belə saytda faydalı və gərəkli sayıla biləcək bilgilər də az deyil. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər beş bənddən dördü üzrə tamdır. Yalnız bir bənddə yetərli bilgi yoxdur. Bu da quruma başçılıq edən şəxslər barədədir. Belə ki, hazırkı sədrin yalnız adı tam olaraq verilsə də onun haqqında bioqrafik bilgilər yoxdur. Həm də ondan daha öncə bu quruma başçılıq etmiş şəxslər barədə bilgi verilmir.

2. Qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları yetərli şəkildə təqdim edilir. Bundan başqa quruma gəlmək üçün ictimai nəqliyyat haqqında və qurumun yerləşdiyi ünvanın marşrut və sxemi barədə bilgi təqdim edilir.

3. Qurumun strukturunun sxemi verilməsə də sözlü olaraq təsvir edilir. Struktur bölmələrinin rəhbərlərinin adları və onlarla əlaqə üçün telefon nömrələri var. Ancaq e-poçt ünvanları təqdim edilmir. Həmçinin, struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri haqqında da ayrıca bilgi verilmir.

4. Qurumun əsas rəhbəri, onun müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir. Qurumla ümumi əlaqə imkanları yetərli sayılacaq qədərdir. Lakin qurumun rəhbəri və struktur bölmələri ilə əlaqə yetərli sayılacaq həddə deyil.

5. Cari informasiyalar bölməsində altı bənddən 4-ü üzrə bilgi verilir. Qurumdaxili əmr və sərəncamlar, həmçinin belə sənədlərin reyestri haqqında bilgi yoxdur. Komitənin icra etdiyi proqram və layihələr, hər cür başqa informasiyalar təqdim edilsə də, qurumun cari informasiyaları yetərincə çevik deyil.

6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də əks etdirilmir.

8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə də özünü göstərir.

9. Növbəti boş bölmə sahə işçilərinin əmək haqları barədədir.

10. Vətəndaşların qəbul günləri və saatları haqqında da eyni sözləri demək mümkündür.

11. Təəssüf ki, tender və yarışmalar haqqında da heç bir bilgiyə rast gəlinmir.

12. Saytda qurumun norma- (qanun)yaratma fəaliyyətinə aid ediləcək bilgilərə də rast gəlinmir.

13. Sayt funksionallıq baxımından normal tərtib edilir. Burada onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV